Türkiyədən vətənlərinə qayıdan suriyalıların sayı açıqlanıb | VİDEO

Türkiyədən vətənlərinə qayıdan suriyalıların sayı açıqlanıb |    VİDEO
  29 Sentyabr 2025    Oxunub:545
"8 dekabr 2024-cü il tarixindən indiyədək ümumilikdə 509 min 387 suriyalı öz vətənlərinə qayıdıb".
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, suriyalıların vətənlərinə qayıtmaları prosesində də Ankara onlara dəstək göstərir.

Nazirin məlumatına əsasən, 2016-cı ildən bəri Suriyaya könüllü qayıdanların sayı isə ümumilikdə 1 milyon 249 min 390 nəfərə çatıb.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayının 8-də Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələr tərəfindən devrilib. Nəticədə 2011-ci ildən bəri aparılan vətəndaş müharibəsi əhəmiyyətli dərəcədə başa çatıb. Ölkədə müxalif qüvvələrin lideri Əhməd Əş-Şərəənin prezidentliyi ilə keçid hökuməti qurulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Suriya   qaçqın   qayıdış  



Xəbər lenti